Bu gün futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək. Qol.az-ın məlumatına görə, turnirdə ölkəmizi təmsil edən "Qəbələ" də növbəti oyununa çıxacaq. Roman Qriqorçukun komandası Bakıda "Sent-Etyen"i qəbul edəcək.
Fransada keçirilən oyunda rəqibinə uduzan (0:1) "qırmızı-qaralar" bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Buna qədər qrupda keçirdiyi hər üç oyunda məğlub olan "Qəbələ" bu gün ilk xalını qazana bilər. Qrupun digər oyununda "Anderlext" "Maynts"ı qəbul edəcək.
3 noyabr
Avropa Liqası, IV tur
C qrupu
22:00. "Qəbələ" – "Sent-Etyen" (Fransa)
Baş hakim: Karlos Del Serro Qrande
Baş hakimin köməkçiləri: Xuan Karlos Yuste Ximenez, Roberto Alonso Fernandez
Bakı. 8-ci km qəsəbə stadionu
22:00. "Anderlext" (Belçika) – "Maynts" (Almaniya)
|
1. |
Anderlext |
3 |
1 |
2 |
0 |
5:3 |
5 |
|
2. |
Sent Etyen |
3 |
1 |
2 |
0 |
3:2 |
5 |
|
3. |
Maynts |
3 |
1 |
2 |
0 |
5:4 |
5 |
|
4. |
Qəbələ |
3 |
0 |
0 |
3 |
3:7 |
0 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB