Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Rabitə və Yüksək Texnologiyalar, Təhsil nazirlikləri və "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən "Mən azərbaycanlıyam" milli intellektual bilik yarışmasının altıncı mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
SİA-nın məlumatına görə, mükafatlandırma mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, təhsil nazirinin müavini Firudin Qurbanov, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədr müavini Elsevər Dünyamalıyev çıxış edərək "Mən azərbaycanlıyam" intellektual bilik yarışmasının auditoriyasının ildən-ilə genişləndiyini, gənclərin bu müsabiqədə iştirakının əhəmiyyətini vurğulayıblar.
Sonra qaliblərə mükafatlar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB