“Qarabağ” Yunanıstanda coşqu ilə qarşılaşıb FOTOLAR

“Qarabağ” Yunanıstanda coşqu ilə qarşılaşıb FOTOLAR

Avropa Liqasının qrup mərhələsində PAOK-la qarşılaşma üçün Yunanıstana yollanan "Qarabağ" Salonikidə coşqu ilə qarşılaşıb. SİA-nın məlumatına görə, Salonikidə yaşayan azərbaycanlılar və Bakıdan Ağdam klubunun səfər matçına yollanan "İmarət" azad azarkeş qrupunun 8 üzvü hava limanına gələrək komanda üzvlərini qarşılayıb.

Qeyd edək ki, sabah keçiriləcək PAOK - "Qarabağ" matçı Bakı vaxtı ilə 00:05-də başlayacaq.



Bütün xəbərlər Facebook səhifəmizdə