Nazir vətəndaşları qəbul edəcək

Nazir vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək. SİA-nın məlumatına görə, qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının inzibati binasında (Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi 1, Heydər Əliyev parkının ərazisi,RİH ilə üzbəüz) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon(şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Ağcabədi

0505152900

Beyləqan

0557431212

Biləsuvar

0505044422

İmişli

0506356649

Bütün xəbərlər Facebook səhifəmizdə