İlham Şaban: "Bazar iştirakçıları bu gün açıqlanacaq hesabatı gözləyir" AÇIQLAMA
"Neftin qiyməti hazırda enməkdədir. Buna bir tərəfdən OPEK ölkələrinin Vyanada oktyabrın son günlərində keçirdikləri görüşdə həm öz aralarında, həm də qeyri-OPEK ölkələri arasında, əsasən də Rusiya ilə neft həcmlərinin aşağı salınması ilə bağlı ortaq fikrə gəlinməməsi təsir etmişdisə, bu gün həm də bazara oktyabr ayının yekunlarına görə OPEK-in rekord həcmdə neft çıxarmasına dair yayılan məlumatlar təsir edib". Bunu SİA-ya açıqlamasında "Caspian Barrel" Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
O qeyd edib ki, "Reuters" agentliyinin təhlilçilərinin müşahidələrinə görə, OPEK ölkələri oktyabrda dünya bazarına gündəlik olaraq orta hesabla 33,82 mln barel neft çıxarıblar: "Bu, rekord göstəricidir. Təbii ki, birjalar belə informasiyaya biganə qala bilməzdilər. Nəticə etibarilə neft 49 dollardan aşağı bir həddə qədər ucuzlaşmağa başladı. Ancaq bu gün bazar iştirakçıları ABŞ Enerji Agentliyinin Bakı vaxtı ilə saat 18.30-da açıqlanacaq növbəti həftəlik hesabatını gözləyirlər. Əgər ABŞ-da yenidən neft ehtiyatları artmaqda davam etsə, onda dünya bazarında qiymətlərin azalmağa doğru meyl etmə tendessiyası baş verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB