Argentinalı futbol veteranı: “Messidən kapitan olmaz”

Argentinalı futbol veteranı: “Messidən kapitan olmaz”

Uzun illər Argentina millisinin kapitanı olmuş Daniel Pasarella Lionel Messi haqda maraqlı fikirlər səsləndirib. Veteran futbolçu yerli mətbuata açıqlamasında Messinin Argentina millisinin kapitanı olmasını düzgün hesab etmədiyini deyib: "Kapitanlığı Messidən almaq onun da işini asanlaşdırar. Onsuz da komandanın yaxşı lideri var – Ramiro Funes Mori. Kapiatan sözsüz o olmalıdır. Messiyə heyranam, ancaq onda kapitanlıq xarakteri yoxdur. Utancaq və özünə qapanan adamdır". Qeyd edək ki, Messi 2011-ci ildən Argentina millisinin kapitanıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə