Millimizlə qarşılaşacaq Şimali İrlandiya heyətini açıqladı!

Millimizlə qarşılaşacaq Şimali İrlandiya heyətini açıqladı!

Futbol üzrə DÇ-2018-in seçmə mərhələsində millimizlə qarşılaşacaq Şimali İrlandiya yığmasının heyəti açıqlanıb. Qol.az-ın məlumatına görə, millinin baş məşqçisi Maykl O'Nil 25 futbolçuya dəvət göndərib.

Qapıçılar: Maykl Mak Qoveren, Alan Mannus, Trevor Karson

Müdafiəçilər:
Qaret MakAuli, Conni Evans, Aron Hyuz, Kris Brant, Konor MakLaulin, Li Hodson, Rayan MakQiveren, Tom Flanaqan

Yarımmüdafiəçilər: Stiven Deyvis, Niyal MakQinn, Olli Norvud, Ceymi Uard, Korri Evans, Şeyn Ferqyuson, Styuart Dallas, Peddi MakNeyr, Mattyu Land, Pol Peton

Hücumçular: Kayl Lafferti, Konor Vaşinqton, Uill Qriqq, Coş Maqennis

Qeyd edək ki, oyun noyabrın 11-də Belfastda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə