Fabio Kapello: "Morata oyunların taleyini həll edir"

Fabio Kapello: "Morata oyunların taleyini həll edir"

"Real Madrid"in sabiq baş məşqçisi Fabio Kapello klubun hazırki hücum xətti barədə fikir bildirib. SİA-nın məlumatına görə, italyan mütəxəsis belə deyib: "Morata və Benzema arasında seçim etmək heç bir məşqçinin imtina etməyəcəyi bir dilemmadır. Fikrimcə, Zidan düzgün yolu tapıb. Start heyətində fransalı hücumçu çıxır. Çünki o, Florentino Perezin sevimlisidir. Morata isə onu əvəzləyir və oyunların taleyini həll edir. Zidanın bu taktikası ən yaxşı variantdır. Nəticələr də onun haqlı olduğunu göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə