İspaniya Futbol Federasiyası dünyanın bir nömrəli derbisi olan "Barselona" - "Real Madrid" matçının başlama vaxtını açıqlayıb. SİA-nın məlumatına görə, La Liqanın XIV turu çərçivəsində "Nou Kamp" stadionunda oynanılacaq matç dekabrın 3-də Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.
On turdan sonra La Liqaya 24 xalla kral klubu başçılıq edir. "Barselona" isə 22 xalla turnir cədvəlində ikinci sırada qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB