Karateçilərimizin uğurları ilə bağlı mətbuat konfransı keçirilib FOTOLAR - SƏS TV
Azərbaycan karateçilərinin Avstriyanın Lints şəhərində keçirilən dünya çempionatında qazandıqları uğurlu nəticələrlə bağlı Gənclər və İdman Nazirliyində mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, mundialın mükafatçıları və digərləri iştirak ediblər.
İ.İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, karateçilərimizin qazandığı nailiyyətləri yüksək qiymətləndirib, idmanın bu növünün Olimpiya Oyunlarının proqramına daxil edilməsini uğurlu addım kimi dəyərləndirib. Nazir müavini karateçilərimizdən IV İslam Həmrəyliyi Oyunları və Olimpiya Oyunlarında da yüksək nəticələr gözlədiklərini vurğulayıb.
Y.Bəşirov isə R.Ağayevin dünya karatesində yeni tarix yazdığını bildirib: "Karateçimizin 5 qat dünya çempionu olması bizim üçün böyük fəxrdir. İndiyədək 4 dəfədən çox heç kim bu nailiyyətə imza atmamışdı. R.Ağayev isə rekorda imza atdı".
O, qeyd edib ki, hazırda Ümumdünya Karate Federasiyasının 192 üzvü olmasına baxmayaraq, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarınadək üzv ölkələrin sayı 200-ə çatacaq. Federasiya prezidentinin sözlərinə görə, bu səbəbdən, böyük rəqabət olacağı üçün dünya reytinqində mövqelərini daha da qaldırmağa çalışacaqlar".
R.Ağayev qazanılan qələbələrin bütün Azərbaycanın uğuru olduğunun bildirib. O, dünya çempionatında zəif rəqib olmadığını vurğulayıb: "Sonuncu dəfə 2010-cu ildə dünya çempionu olmuşdum. Sonra hakim qərarı ilə uduzmuş və daha sonrakı ildə zədə səbəbindən çempionatdan kənarda qalmışdım. Güc topladım və 5-ci dəfə dünya çempionu oldum. Tokio olimpiadasında 35 yaşım olacaq. Bu, mənim olimpiadada yüksək nailiyyət göstərməyimə mane olmayacaq".
Tədbirdə qeyd olunub ki, idmançılarımız 118 ölkədən 1025 iştirakçının qatıldığı karate üzrə 24-cü dünya çempionatını beşinci, Avropa ölkələri arasında isə ikinci yerdə başa vurublar. Rafael Ağayevin (75 kq) 5 qat dünya çempionluğu, Ayxan Mamayevin (84 kq) gümüş, Firdovsi Fərzəliyevin (60 kq) isə bürünc mükafat qazanması, medala sahib olan 26 ölkə arasında komandamıza yüksək nəticə qazandırıb. Komanda yarışlarının bürünc mükafatı uğrunda Fransa idmançıları ilə mübarizə aparan Azərbaycan millisi təəssüf ki, hakim haqsızlığı üzündən 4-cü yerlə kifayətlənib. Yarışın təntənəli bağlanış mərasimində çıxış edən Dünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espinos şəxsən Rafael Ağayevə və dünyanın daha beş ən titullu karateçisinə "Karatenin ən yaxşılar"ı üçün ayrılan hədiyyələri təqdim edib.
.jpg)

.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB