"Qarabağ" klubu bu gün Yunanıstana yola düşəcək. SİA-nın məlumatına görə, komandamız saat 19:00-da Bakı - Saloniki reysi ilə səfərə yollanacaq. Ağdam təmsilçisinin yerli vaxtla saat 21:30-da Yunanıstanda olacağı ehtimal olunur. Baş məşqçi Qurban Qurbanov sabah yerli vaxtla saat 19:00-da jurnalistlərin suallarını cavablandıracaq. Komandamız oyunöncəsi son məşqini isə sabah yerli vaxtla saat 19:30-da qarşılaşmanın keçiriləcəyi stadionda edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB