Dağıstan Respublikasının Buynak rayonunda dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib. SİA-nın məlumatına görə, turnirdə iştirak edən sərbəst güləş üzrə yığma komandamızın üzvləri 4 bürünc medala sahib olublar.
Yığmamızı təmsil edən güləşçilərdən Ənvərbəy Dalqatov (65 kq), Məhəmməd Abdullayev (74 kq), Əli İsayev və Umar İsrailov (hər ikisi 125 kq) fərqlənib. Onların hamısı bürünc medal qazanıb.
65 kq çəki dərəcəsində mübarizə aparan Davud İbrahimov isə 5-ci yerdə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB