PAOK - “Qarabağ" oyunununun hakimləri açıqlanıb

PAOK - “Qarabağ" oyunununun hakimləri açıqlanıb

Avropa Liqasının IV turunun J qrupunda Yunanıstan PAOK-u və "Qarabağ" klubu arasında keçiriləcək oyunun təyinatları açıqlanıb. SİA-nın məlumatına görə, Salonikidə baş tutacaq görüş Şotlandiyadan olan hakimlər briqadasına həvalə edilib. Matçın baş hakimi Con Biton olacaq.Ona həmyerliləri Duqlas Potter və Alastar Mazer kömək edəcək. Dördüncü hakim funksiyasını Şon Karr yerinə yetirəcək.

Qarşılaşma noyabrın 3-də yerli vaxtla saat 22:05-də (Bakı vaxtı ilə 4 noyabr saat 00:05) başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə