"Qəbələ" - "Sent-Etyen" matçının biletləri bu gün satışa çıxarılır
Avropa Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək "Qəbələ" - "Sent-Etyen" (Fransa) oyununun biletləri satışa çıxarılıb. SİA-nın məlumatına görə, biletləri bu gün saat 15:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun ("Gənclik" metrosu yaxınlığı) və 8-ci km stadionunun kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 2 və 5 manat, VİP sektorlar üçün isə 10 manatdır.
Qeyd edək ki, 8-ci km stadionunda keçiriləcək "Qəbələ" - "Sent-Etyen" oyunu noyabrın 3-ü saat 22:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB