Sabiq baş məşqçisi yenidən "İnter"i çalışdıra bilər

Sabiq baş məşqçisi yenidən "İnter"i çalışdıra bilər

"İnter"in eks çalışdırıcısı Leonardo yenidən Milan klubunun sükanı arxasına keçə bilər. SİA-nın məlmatına görə, braziliyalı mütəxəsis taleyinə "Crotone" ilə oyundan sonra aydınlıq gələcək baş məşqçi Frank de Burun postunu tutmağa ən real namizəddir. Leonardo 2010-11-ci illərdə "İnter"ə A Seriyasında ikinci yer və İtaliya kubokunu qazandırmışdı. Daha sonra PSG-də idman direktoru vəzifəsində çalışan 47 yaşlı mütəxəsis hazırda işsizdir.

Bundan başqa, "nerazzurri"nin Andrea Mandorlini, Françesko Qvidolin və Stefano Pioli ilə danışıqlar apardığı deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə