Azərbaycan cüdoçuları Nicat Şıxəlizadə və Orxan Səfərov Almaniya çempionatının qalibi adına layiq görülüblər. SİA-nın məlumatına görə, hər iki idmançımız Almaniyanın "Hamburq" klubunun heyətində keçirdikləri bütün görüşlərdə qələbə qazanaraq Bundesliqa çempionu olub.
Klublararası birinciliyin finalında "Hamburq" Münhenin "Qrossadern" klubunu 7:6 hesabı ilə məğlub edib. Hər iki cüdoçumuz həlledici qarşılaşmalarını da qalib başa vurub.
Qeyd edək ki, Bundesliqa kubokuna sahib olan Orxan Səfərov 60 kq, Nicat Şıxəlizadə isə 66 kq çəki dərəcəsində mübarizə aparıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB