"Avrokubok yolunda heç kimə məğlub olmamağa çalışacağıq"

"Avrokubok yolunda heç kimə məğlub olmamağa çalışacağıq"

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev dünən Topaz Premyer Liqanın 10-cu turunda "Zirə"yə uduzduqları oyunla (0:2) bağlı fikirlərini bildirib. Baş məşqçi matçdan sonra keçirilən mətbuat konfransında maraqlı açıqlamalarla çıxış edib:

- İkinci hissədə komandam təzyiqə dözmədi. Ən pis oyunlarımızdan biri idi. Bu oyunu unutmalı və növbəti oyunlar haqda düşünməliyik. Çalışacağıq "Sumqayıt"la oyunda geridönüş edək. Bu gün komanda heç cür yaxşı oynamadı. Amma həyat davam edir. Futbolçuları günahlandırmaq istəmirəm.

- "Zirə" bu gün hansı cəhətdən "Kəpəz"i məğlub etdi?

- Məncə, motivasiya cəhətdən "Zirə" bizdən üstün idi.

- Artıq avrokubok uğrunda mübarizədən qopduğunuzu düşünmək olar?

- Yox. Bizim şansımız var. 3 xallıq sistemdə irəliləmək asan olur. Avrokubok yolunda heç kimə məğlub olmamağa çalışacağıq.

- Darionun yoxluğunda "Kəpəz" yaxşı oyun sərgiləmir. Ancaq ötən il də Dario yox idi, "Kəpəz" yaxşı oynayırdı. Demək olarmı ki, hazırda komandada Frederikonu əvəzləyə biləcək futbolçu yoxdur?

- İnter"lə oyunda yaxşı oynamışdı. "Kəpəz" Dario demək deyil. Biz ötən il Dariosuz avrokubok zonasına qədər irəliləyə bilmişdik.

Bütün xəbərlər Facebook səhifəmizdə