IX turun oyunları davam edir

Portuqaliya Premyer Liqasında IX turun oyunları davam edir. SİA-nın məlumatına görə, milli komandamızın üzvləri Emin Mahmudov və Kamran Ağayevin şərəfini qoruduğu "Boavişta" da növbəti matçını keçirib.

Doğma meydanda "Eştoril"lə qarşılaşan "damalılar" rəqibin müqavimətini qıra bilməyiblər.

Kamran oyuna start heyətində başlayıb, 90 dəqiqə meydanda qalsa da, Emin matçın iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, bu nəticədən sonra hesabında 10 xal olan "Boavişta" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com