"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo tribunaya göndərilib. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu, İngiltərə Premyer Liqasının 10-cu turunda dünən keçirilən "Bernli"yə qarşı oyunda baş verib.
Görüşün 48-ci dəqiqəsində "MY"nln futbolçusu Darmianın yerə yıxılmasından sonra portuqaliyalı mütəxəssis penalti tələb edib. Onun bu etirazından sonra görüşün hakimi Mark Klattenburq Mourinyonu tribunaya göndərib.
Qeyd edək ki, "Mançester Yunayted" - "Bernli" görüşü qolsuz bərabərliklə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB