Azərbaycanlı futbolçu “Sportinq”də ilk qolunu vurdu

Azərbaycanlı futbolçu “Sportinq”də ilk qolunu vurdu

Futbol üzrə Portuqaliya Sequndasında XII turun oyunları keçirilir. Qol.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Budaq Nəsirovun çıxış etdiyi "Sportinq"in B komandası da növbəti oyununa çıxıb. Lissabon təmsilçisi səfərdə "Olhanense"nin qonağı olub.

Oyun 2:2 hesablı bərabərliklə başa çatıb. Meydana start heyətdə çıxan Budaq Nəsirov matçın 84-cü dəqiqəsində komandasının ikinci qolunu vurub.

Bu, Nəsirovun "Sportinq"də ilk qoludur. Qeyd edək ki, "Sportinq" 18 xalla 22 komanda arasında 10-cu pillədə qərarlaşıb.



29 oktyabr

"Olhanense" - "Sportinq" – 2:2
Qollar:
Leonardo Ruiz 6 (0:1), Salim Sisse, 58 (1:1), Budaq Nəsirov, 84 (1:2), Dieqo Parros, 90+2 (2:2)

Bütün xəbərlər Facebook səhifəmizdə