Baş məşqçi: "Bu futbolçularla uğur gözləmək çox çətindi"

Baş məşqçi: "Bu futbolçularla uğur gözləmək çox çətindi"

"Qəbələ"ni təbrik edirəm. Demək olar biz bu gün müdafiəsiz oynadıq. Çoxsaylı səhvlərə yol verdik. Çıxış yolumuz qışı səbrsizliklə gözləməkdir".

Futbol11.az saytının yaydığı xəbərə görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev "Qəbələ"yə uduzduqları oyundan (1:4) sonra deyib.

- Sizə elə gəlmir ki, hər məğlubiyyətdən sonra nüfuzunuzu xərcləyirsiz?

- Əlbəttə ki, peşmanam. Amma başa düşən başa düşür. Futboldan başı çıxır ki, bu futbolçularla uğur gözləmək çox çətindi. Bu gün meydanda ustalıq səviyyəsi öz sözünü dedi.

- Katalin Tiranın döydüyü azarkeşlə barışmasından sonra klub ona güzşət edə bilərmi?

- Tira Azərbaycan xalqından üzr istəməlidi. Ancaq mən sözümü demişəm. Mən komandada olduğum müddətdə Tira "Neftçi"də çıxış etməyəcək.

- Klubun sabiq üzvü Elnur Allahverdiyevin yenidən "Neftçi"yə qayıtmasını istəmirsiz?

- Yox!

"Qarabağ"la oyunda daha az qol şansı vermişdiniz. "Qəbələ" daha güclüdü?

- Belə deməzdim. "Qarabağ" daha çox mərkəzdən hücum etməyi sevir. "Qəbələ" isə oyununu cinahlarla qurur. Bu cür oyuna qarşı oynamaq bizə daha çətin idi.

Bütün xəbərlər Facebook səhifəmizdə