Döyüşçümüz peşəkar rinqdə növbəti qələbəsini qazanıb

Döyüşçümüz peşəkar rinqdə növbəti qələbəsini qazanıb

Azərbaycanın və "Qəbələ" idman klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib. Təmsilçimiz Rusiyada təşkil olunan kikboksinq üzrə peşəkarlar arasında "Steel Fights-4" turnirində qüvvəsini sınayıb.

A.Nəbiyev İvanovo şəhərində keçirilən K-1 növü üzrə gecənin əsas döyüşündə rinqə çıxıb. O, bu növ üzrə Avropa çempionu, italiyalı Françesko Palermo ilə üz-üzə gəlib. Qitə çempionu A.Nəbiyevin qarşısında aciz qalıb. Belə ki, idmançımız artıq ikinci raundda nokautla qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə