2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Almaniya millisinin baş məşqçi yerli futbol qurumunun etimadını doğruldub. SİA-nın məlumatına görə, Yoahim Lövün fəaliyyətindən razı qalan federasiya rəhbərliyi təcrübəli mütəxəssislə yeni müqavilə bağlamaq qərarına gəlib.
Tərəflər arasında imzalanmış yeni sazişə əsasən, Löv 2020-ci ilədək Bundestimin "sükanı arxası"nda olacaq. Bununla bağlı rəsmi açıqlama oktyabrın 31-də veriləcək.
Qeyd edək ki, "C" qrupunda keçirdiyi ilk 3 matçda maksimum nəticə göstərən lider Almaniyanı 7 xalla Azərbaycan millisi izləyir. Bu komandalar arasında ilk görüş gələn il martın 26-da Bakıda baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB