"İnter" Frank De Bura güvənir

Milan "İnter"inin rəhbərliyi komandanın göstərdiyi uğursuz nəticələrə baxmayaraq baş məşqçi Frank De Bura güvənir. SİA-nın məlumatına görə, İtaliya klubunun rəsmisi Mixayıl Bolinqbrok komandanın gözlənildiyi kimi yaxşı çıxış etməməsinə rəğmən hollandiyalı mütəxəssisin yanında olduqlarını bildirib. O, yerli mətbuata açıqlamasında sonadək De Bura güvənəcəklərini qeyd edib: "Frankın 100 faiz yanındayıq. İşinin asan olmadığını bilirik. O, mövsümün başlamasına az qalmış "İnter"in sükanı arxasına keçdi. Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədə heyətlə çalışmaq üçün yaxşı vaxtı olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə