“Qəbələ” “Neftçi”yə, “Qarabağ” AZAL-a qarşı

“Qəbələ” “Neftçi”yə, “Qarabağ” AZAL-a qarşı

Bu gün futbol üzrə Topaz Premyer Liqada 10-cu turun oyunlarına start veriləcək. SİA xəbər verir ki, ilk oyun günündə liderlər autsayderlərlə qarşılaşacaq. Turnir cədvələnin ilk pilləsində qərarlaşan "Qəbələ" son vaxtlar yaxşı günlərini yaşamayan "Neftçi"ni qəbul edəcək. İlk dövrədə rəqibinə 8 cavabsız qolla qalib gələn Roman Qriqorçukun komandası bu görüşdə də favoritdir.

Digər oyunda isə "Qarabağ" AZAL-ın qonağı olacaq. Son pillədə qərarlaşan meydan sahibləri cari mövsüm qələbə qazanmayıb. "Təyyarəçilər" ilk dövrədə Ağdam təmsilçisinə 0:6 hesabı ilə uduzub. Bugünkü görüşdə də "Qarabağ" aşkar favoritdir.

Bütün xəbərlər Facebook səhifəmizdə