"Neftçi” açıqladı: Mahir Şükürov "Qəbələ”yə qarşı oyunda meydana çıxa bilər

"Neftçi” açıqladı: Mahir Şükürov "Qəbələ”yə qarşı oyunda meydana çıxa bilər

"Neftçi" klubu müdafiəçi Mahir Şükürovun adını Topaz Premyer Liqasının və Azərbaycan Kubokunun sifariş vərəqinə daxil edib. Klubun rəsmi saytı xəbər verir ki, təcrübəli futbolçunun "ağ-qaralar"ın formasında meydana çıxması üçün əngəl qalmayıb. Bunun üçün lazımi sənədlər əldə edilərək, PFL-ə təqdim olunub. Şükürovun adı "Qəbələ" ilə sabah keçiriləcək oyunun protokoluna da daxil edilə bilər. Qeyd edək ki, "Qəbələ" – "Neftçi" matçı saat 15:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə