Felipe Melo da Çin yolçusudur...

İtaliya mətbuatı braziliyalı futbolçu Felipe Melo haqqında yeni məlumat ortaya çıxarıb. Xəbərdə deyilir ki, "Qalatasaray"ın keçmiş futbolçusu və azarkeşlərin sevimlisi olan "pitbull" ləqəbli yarımmüdafiəçi qışdan etibarən yaşayış yerini uzaq şərqə dəyişə bilər. Onun karyerasını Çində davam etdirəcəyi deyilir. İtaliya mətbuatının yazdığına görə, Çinin "Tszyansu Sunin" klubu "İnter"in üzvünə cəlbedici təklif göndərib. Futbolçu özü də bu təklifə müsbət yanaşır. Qeyd edək ki, Melo "İnter"ə 2015-ci ildə məhz türk klubundan keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə