Mərc oyunlarından vergi tutulmayacaq dəyişiklik

Mərc oyunlarından vergi tutulmayacaq dəyişiklik

Milli Məclisin plenar iclası davam edir. SİA-nın xəbərinə görə, iclasda "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə haqqında məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə dəyişikliyə əsasən məcəllənin 99.3.12, 101.5, 125.1.8, 150.1.10 və 150.3-2-ci maddələri ləğv edilir.

Dəyişikliklərə əsasən idman mərc oyunlarından əldə edilən uduşlar muzdlu işə aid olmayan fəaliyyətdən gəlir hesab olunmayacaq. Bundan başqa, təkllif olunan dəyişikliklərdə idman mərc oyunlarından əldə edilən uduşlardan 10% dərəcə ilə vergi tutulması ləğv olunacaq. Belə ki, idman mərc oyunlarından əldə edilən uduşlara görə qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulmayacaq. Dəyişikliyə müvafiq olaraq idman mərc oyunlarından uduşlar əldə edən şəxsə ödəmələr verən şəxs ödəmə mənbəyində vergini tutmağa borclu sayılmayacaq.

Müzakirələrdən sonra qanun layihə səsə qoyularaq qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə