"Qəbələ”nin zədəli futbolçuları məşqlərə başlayıblar

"Qəbələ”nin zədəli futbolçuları məşqlərə başlayıblar

"Qəbələ"nin zədəli futbolçuları Rəşad Sadiqov, Elvin Camalov və Nika Kvekveskiridən yeni xəbər var. SİA-nın məlumatına görə, bir müddətdir zədəli olan futbolçular artıq məşqlərini bərpa ediblər. Hər üç futbolçu komandanın ötən gün baş tutan məşqində heyətlə ilə birgə çalışıb. Baqali Dabo, Sergey Zenyov və Rafael Santosun zədəsi isə hələ davam edir.

Qeyd edək ki, "Qəbələ" Premyer Liqanın X turunda öz meydanında "Neftçi"ni qəbul edəcək. Sözügedən görüş oktyabrın 29-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə