"Bavariya" futbolçusu Robert Levandovski ilə müqaviləni yenilməyə hazırlaşır. Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun prezidenti Karl-Hayns Rummeniqe məlumat verib: "Levandovski ilə yeni müqavilə imzalamaq barədə danışıqlarımız davam edir. Danışıqlar yaxşı gedir. Razılığa gəldiyimiz zaman məlumat verəcəyik". Qeyd edək ki, R.Levandovskinin hazırkı müqaviləsi 2019-cu ilin iyununda başa çatır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB