Azərbaycan Premyer Liqasının X turunda səfərdə "Zirə" ilə qarşılaşacaq "Kəpəz" hazırlıqlarını davam etdirir. SİA-nın məlumatına görə, komanda hazırlığını Bakıda keçirir. "Sarı-göylər" Mərdəkan qəsəbəsində yerləşən "Dalğa Arena"nın süni örtüklü meydançasında məşq edir.
Qeyd edək ki, oktyabrın 30-da Zirə idman Kompleksinin stadionunda keçiriləcək "Zirə" - "Kəpəz" oyunu saat 14:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB