Zəlzələ maçtın qısa müddətə dayandırılmasına səbəb oldu

Zəlzələ maçtın qısa müddətə dayandırılmasına səbəb oldu

Futbol üzrə İtaliya çempionatının 10-cu turu çərçivəsində keçirilən "Peskara"-"Atalanta" oyunu zamanı zəlzələ baş verib. SİA-nın məlumatına görə, paytaxt Romaya yaxın ərazidə baş verən zəlzələ "Peskara" - "Atalanta" matçında da hiss edilib. 5,5 ballıq zəlzələ matçın qısa müddətə dayandırılmasına səbəb olub. Hadisə meydanda olanları və tribunalara toplaşan azarkeşləri qorxuya salıb. Daha sonra isə oyun davam etdirilib.

Qeyd edək ki, görüş "Atalanta"nın 1:0 hesablı səfər qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə