Bakı Olimpiya Stadionunun təşkilatçılığı ilə dekabrın 31-də Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram konserti keçiriləcək. SİA-nın məlumatına görə, konsert proqramında yerli ulduzlar olan Röya və Miri Yusif ilə yanaşı, türk estrada ulduzları Hadisə, Demet Akalın, Murat Dalkılıc, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre və Mahmut Orhan çıxış edəcəklər. Stadionun əsas meydançasında təşkil olunacaq konsert proqramı yeni ilə geriyə-sayım, bayram atəşfəşanlığı və diskoteka ilə davam etdiriləcək.
Şənliklərlə birgə, əsl bayram əhval-ruhiyyəsi üçün 4 ədəd avtomobil və 10 ədəd televizor hədiyyə fondu olan lotereya təşkil olunacaq.
Gələn həftədən satışa çıxacaq biletlərin qiyməti 9 AZN-dən başlayır. Biletləri iticket.az saytı, şəhərin kassaları və ASAN Xidmət mərkəzlərindən əldə etmək olar. Konsert proqramının başlanması saat 20:00 üçün nəzərdə tutulub.
Konsertlə bağlı hər-hansı əlavə məlumatı Bakı Olimpiya Stadionun saytı və sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB