"Liverpul"un belçikalı qolkiperi Simon Minyole əsas heyətə düşmək üçün mübarizə aparacağını bildirib. SİA-nın məlumatına görə, o, "Tottenhem"ə qarşı oyunda "Liverpul"un qapısını qorusa da, bununla kifayətlənmək istəmədiyini qeyd edib: "Meydana çıxmağa şad oldum. Bunu hər həftə etmək istəyirəm. İkinci nömrə olmaq istəmirəm. Əsas heyətə qayıtmaq üçün mübarizə aparacağam və təslim olmayacağam. Bu, mənim qanunlarıma daxil deyil. İndiki vəziyyətimdə ehtiyatda oturmaqla barışa bilmərəm. 28 yaşım var, müntəzəm oynamaq istəyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB