"Mançester Yunayted" İngiltərə Liqa Kubokunda "Mançester Siti"ni mübarizədən kənarlaşdırıb. SİA-nın məlumatına görə, "qırmızı şeytanlar"ın 1:0 hesabıyla qalib gəldiyi oyundan sonra Joze Mourinyo bunları deyib: "Futbolçular mümkün olanı edib layiqli qələbə qazandılar. Ötən həftə vəziyyət istədiyimiz kimi olmadı. Amma biz peşəkarlarıq. Bu oyun azarkeşlərimizi sevindirmək üçün bir şans idi. Meydana "Çelsi" ilə oyundan daha güclü heyət buraxmışdım. Belə fanatlara rast gəlməmişdim. Biz 0:4 uduzurduq, onlarsa komandanı dəstəkləməkdə davam edirdilər. Azarkeşlərin "Yunayted"ə sevgisini 3 uğursuz mövsüm zəiflətməyib. Onlara bunun əvəzini verməli idik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB