Yığmamız Avstriya komandası ilə qarşılaşacaq

Yığmamız Avstriya komandası ilə qarşılaşacaq

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün Avstriya komandası ilə qarşılaşacaq. SİA-nın məlumatına görə, Rumıniyanın Buftya şəhərindəki FRF Futbol Mərkəzinin stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:

Baş hakim: Petur Raynert (Farer adaları)

Baş hakimin köməkçiləri: Endryu Kristiansen (Farer adaları), Daniel Mitruti (Rumıniya)

Dördüncü hakim: Ketelin Qaman (Rumıniya)

UEFA nümayəndəsi: Patrik Felipek (Çexiya)

Hakim-inspektor: Cerard Perri (İrlandiya)

Bütün xəbərlər Facebook səhifəmizdə