“Anderlext” öz meydanında qələbəyə sevindi

“Anderlext” öz meydanında qələbəyə sevindi

Futbol üzrə Belçika çempionatında 12-ci turun oyunları keçirilir. Qol.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Anderlext" öz meydanında "Mexelen"i qəbul edib. Görüş "Anderlext"in 2:0 hesablı qələbəsi ilə tamamlanıb. Brüssel klubuna qələbə gətirən qolları Teodorçik və penaltidən Tielemans vurub. Qeyd edək ki, 12 turdan sonra 24 xala malik "Anderext" turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə