“Qarabağ”ın rəqibi Yunanıstan kubokunda qələbə qazandı

“Qarabağ”ın rəqibi Yunanıstan kubokunda qələbə qazandı

Yunanıstan kubokunda qrup mərhələsinin oyunlarına start verilib. Qol.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan PAOK ilk matçında "AEL Larisa" ilə üz-üzə gəlib.

Matç PAOK-un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın rəqibinə qələbə gətirən qolları İoannis Mistakidis və sabiq "Qəbələ"li Fakundo Pereyra vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə