FİFA Ukrayna klubunu cəzalandırdı

FİFA Ukrayna klubunu cəzalandırdı

FİFA Ukraynanın "Dnepr" klubunu cəzalandırıb. Ukrayna mətbuatının yaydığı xəbərə görə, Dnepropetrovski təmsilçisinin aktivindən 6 xal silinib. Buna səbəb klubun sabiq baş məşqçi Xuande Ramos və onun köməkçilərinə çatacaq 1 milyon 350 min avro təzminatı ödəməməsidir. Hazırda "Dnepr" Premyer Liqada 10 xalla 10-cu pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə