Pep Qvardiola "Bavariya"nın futbolçusunu "Mançester Siti"yə gətirir
"Mançester Siti" heyətinə daha yeni bir futbolçu cəlb etməyə hazırlaşır. Britaniya mətbuatının yazdığına görə, komandanın baş məşqçisi Pep Qvardiola "Bavariya"da çalışdığı Xuan Bernatın transfer olunmağı barədə klub rəhbərliyinə bildirib. Bundan sonra "Mançester Siti" Münhen klubuna 22.5 milyon avroluq təklif göndərib.
Qeyd edək ki, X.Bernatın "Bavariya" ilə müqaviləsi 2019-cu ildə başa çatır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB