Chuck Norris idmançılarımızı yenidən dünya çempionatına dəvət etdi
Bakı SUDO və Peşəkar Karate-do Akademiyasının vitse-prezidenti və baş təlimatçısı Vüsal Abdullazadənin Facebook səhifəsində yazdığı məlumata görə, məhşur kino ulduzu və idmançı Chuck Norris idmançılarımızı yenidən Amerikada təşkil olunacaq Norris cup və Dünya dünya çempionatına dəvət edib. SİA-nın verdiyi məlumata görə, çempionat 2017-ci ilin iyulunda keçiriləcək.
Dünya Sudo Universal Döyüş Növü Federasiyasının prezidenti, 10-cu DAN qara kəmər, dəfələrlə dünya və Avropa çempionu Grand Master Sabir Süleyman Çak Norrislə yaxın dostdur. O məhz hər il Çak Norrisin qonağı olur və birlikdə beynəlxalq seminarlar keçirlər.
Bu mötəbər yarışda Azərbaycanı təmsil edəcək idmançılarımız arasında Federasiyanın vitse-prezidenti dünya və Avropa çempionu Vüsal Abdullazadənin və bir neçə tələbəsinində də iştirakı gözlənilir.
48 idman klubunun əsas Mərkəzi və Akademiyası "PARK PLYUS - İdman Sağlamlıq mərkəzində yerləşir və əsas heyət burda məşq edir.
Qeyd edək ki, Chuck Norris Dünya "Chun Kuk Do" federasiyasının (UFAF) yardıcısı və prezidentidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB