İngiltərə millisinin eks müdafiəçisi Denni Mills Pol Poqba və Zlatan İbrahimoviçin "Mançester Yunayted"dəki çıxışı barədə fikirlərini bildirib. SİA-nın məlumatına görə, hazırda ekspert kimi çalışan Mills sözügedən komandanın orta səviyyəli futbolçulara malik olduğuna işarə vurub: "Əla futbolçu orta səviyyəli komandada oynayanda onun səviyyəsi düşür. Çünki komanda yoldaşları onun öyrəşdiyi kimi deyil. Onlar bu futbolçunun vərdiş etdiyi şeyləri etməkdə çətinlik çəkirlər. Bəlkə də, Poqba və İbrahimoviç hazırda bununla üzləşib. Başqa futbolçular onlara lazımi dəstəyi verə bilmir. Fikrimcə, onlar Poqba və İbrahimoviçi geri salacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB