AFFA Katalin Tiranı 5 oyun cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

23 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının IX turunun "Kəpəz" – "İnter" matçında "İnter" klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub (maddə 40).

24 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının IX turunun AZAL – "Zirə" matçında "Zirə" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub (maddə 40).

25 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasın IX turunun "Sumqayıt" – "Qəbələ" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub (maddə 40).

Oyunun 90+3-cü dəqiqəsində "Qəbələ" klubunun 39 №-li futbolçusu Sadiq Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub (maddə 48).

25 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının IX turunun "Neftçi" – "Qarabağ" matçında matçında meydançaya azarkeş daxil olmuş və oyunda fasilə yaranmasına səbəb olmuşdur. "Neftçi" klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunub (maddə 50).

Oyunun 90+2-ci dəqiqəsində "Neftçi" klubunun 9 №-li futbolçusu Katalin Tira dava-dalaşda iştirak etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub (maddə 39).

23 oktyabr 2016-cıi il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IX turunun AZAL – "Zirə" matçının 64-cü dəqiqəsində "Zirə" klubunun 84 №-li futbolçusu Əmrah Əliyev rəqibi bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub (maddə 38.3).

20 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun VII turunun "Mil-Muğan" – "Şəmkir" matçında "Şəmkir" klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub (maddə 40).

21 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun VII turunun "Energetik" – "Şərurspor" matçında "Energetik" klubunun 4, "Şərurspor" klubunun 5 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunub (maddə 40).

Oyunun 50-ci dəqiqəsində "Energetik" klubunun 14 №-li futbolçusu Ruslan Həmidov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunub (maddə 37.1).

Oyunun 60-ci dəqiqəsində "Energetik" klubunun 10 №-li futbolçusu Vahid Rostami rəqibi bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 320 manat cərimə olunub (maddə 38.3).

24 oktyabr 2016-cı il Bakcell U-17 Liqasında "Sumqayıt" – "Qəbələ" matçının 55-ci dəqiqəsində "Sumqayıt" klubunun 9 №-li futbolçusu İbrahim Novruzov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 37.1).

Oyunun 61-ci dəqiqəsində "Qəbələ" klubunun 2 №-li futbolçusu Taleh Hacızadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

17 oktyabr 2016-cı il Bakcell U-17 Liqasında "Qəbələ" – "Zirə" matçının 90-cı dəqiqəsində "Zirə" klubunun 3 №-li futbolçusu Asif Yusifov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 37.1).

Oyunun 90+2-ci dəqiqəsində "Qəbələ" klubunun 7 №-li futbolçusu Əli Mürsəlov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 37.1).

20 oktyabr 2016-cı il U-16 Liqasının "Zirə" – "Ağsu" matçında "Ağsu" klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib (maddə 56).

23 oktyabr 2016-cı il Boulevard U-15 Liqasında "İnter" – "Şəmkir" matçının 60-cı dəqiqəsində "İnter" klubunun 11 №-li futbolçusu Rəşad Həmidzadə aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 38.1).

22 oktyabr 2016-cı Boulevard U-15 Liqasında "Mil-Muğan" – "Vətən" matçının 46-cı dəqiqəsində "Vətən" klubunun 22 №-li futbolçusu Qardaş Talıbov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 37.1).

16 oktyabr 2016-cı il U-14 Liqasının "Yalama" (Xaçmaz) – MOK (Xaçmaz) matçında MOK klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib (maddə 56).

23 oktyabr 2016-cı il U-14 Liqasının MOK (Xaçmaz) – "Xudat" (Xudat) (Xaçmaz) matçında MOK klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib (maddə 56).

Bu hal 3-cü dəfə təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırılıb.

23 oktyabr 2016-cı il U-14 Liqasında UGİM Olimpik (Qusar) – UGİM (Siyəzən) matçında UGİM Olimpik klubunun məşqçisi Səfərov Mehman hakimlər briqadasına və AFFA nümayəndəsinə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə 6 ay yarışlardan kənarlaşdırılıb (maddə 42.4), (maddə 80).

23 oktyabr 2016-cı il U-14 Liqasında Təhsil TİM (Gəncə) – Kəpəz (Gəncə) matçında Təhsil TİM klubunun 5 №-li futbolçusu Əbdüləli Qasımovun aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqdan sonra yenidən aqresivliyini davam etdirərək hakimlər briqasına qarşı nalayıq ifadələr işlətdiyinə görə 5 oyun cəzalanıb (maddə 38.5), (maddə 42.3).

Təhsil TİM klubunun baş məşqçisi Turan Əliyev hakimlər briqadasının otağına daxil olaraq, hakimlər briqadasını təhqir etdiyinə və oyunun rəsmi şəxsinə hədə-qorxu gəldiyinə görə 8 oyun cəzalanıb(maddə 42.4), (maddə 44.2).

Təhsil TİM klubunun futbolçuları və baş məşqçisi tərəfindən oyunda məcburi fasilələr yarandığına və stadionda qayda-qanun yaradılmaması ucbatından görüş başa çatdırılmadığına görə "Təhsil TİM" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib (maddə 49).

15 oktyabr 2016-cı il Coca- Cola U-13 Liqasında UGİM (Saatlı) – "Mil-Muğan" (İmişli) matçının 47-ci dəqiqəsində UGİM klubunun 10 №-li futbolçusu Aslan Rəsulov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

Bütün xəbərlər Facebook səhifəmizdə