U-17 Avropa çempionatının ilkin seçmə mərhələsində keçirilmiş İngiltərə - Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Vüqar Məmməd qarşılaşma haqda fikirlərini bildirb. SİA baş məşqçinin fikirlərini nəzərinizə çatdırır: "Rəqibi yaxşı təhlil etmişdik. Birinci hissədə İngiltərə yığması aşkar üstün futbol oynadı. Fasilədən sonra oyunun müəyyən hissəsində təzyiqi artırdıq. İkinci hissədə layiqincə mübarizə apardıq. Məğlub olsaq da, komandamdan razıyam. İki komanda arasında səviyyə fərqi böyükdür. İngiltərə yığması bizdən 2-3 qat güclü komandadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB