“Fənərbaxça” Fabreqası transfer etmək istəyir

“Fənərbaxça” Fabreqası transfer etmək istəyir

Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. SİA-nın məlumatına görə, İstanbul təmsilçisi qış transfer pəncərəsində İngiltərənin "Çelsi" klubundan ayrılacağı gündəmdə olan Sesk Fabreqası heyətinə qatmaq niyyətindədir.

Artıq görüş üçün hazırlıqlar tamamlanmaq üzrədir. "Fənərbaxça" qış fasiləsində London təmsilçisinə həm transfer, həm də icarə təklifi ilə müraciət edəcək. Klub prezidenti Əziz Yıldırımın tapşırığına əsasən, Fabreqasın keçidi üçün lazım olan hər bir iş görüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə