Neymarın PSJ-yə transferinə nə manə olub?

Neymarın PSJ-yə transferinə nə manə olub?

Bir neçə gün öncə "Barselona" ilə müqaviləsini yeniləyən Neymar ötən yay PSJ klubuna transfer edilə bilərmiş. SİA-nın məlumatına görə, "L`Equipe" PSG-nin prezidenti Naser Əl-Xəlaifinin San Paulu şəhərinə gedib braziliyalı hücumçunun atası və agenti Vaqner Ribeyro ilə danışıqlar apardığını iddia edir. Neymarın Əl-Xəlafinin qarşısına qoyduğu 2 şərt transferin baş tutmasına əngəl törədib. "Sambaçı" illik 40 milyon avro məvacib tələb edib. Danışıqların pozulmasına əsas səbəb isə Braziliya məhkəməsi tərəfindən Neymara təyin olunan 45 milyon avronun PSJ tərəfindən ödənilməsi şərti olub.

Qeyd edək ki, Neymar yeni müqaviləyə görə "Barselona"da illik 25 milyon avro məvacib alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə