17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirəcək. SİA-nın məlumatına görə, Rumıniyanın Buftea şəhərindəki Futbol mərkəzində yığmamız İngiltərə komandası ilə qarşılaşacaq. Saat 20.00-da başlayacaq qarşılaşmanı idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:
Baş hakim: Fyodor Zammit (Malta)
Baş hakimin köməkçiləri: Luke Portelli (Malta), Daniel Mitruti (Rumıniya)
Dördüncü hakim: Katalin Gaman (Rumıniya)
UEFA nümayəndəsi: Patrik Filipek (Çexiya)
Hakim-inspektor: Cerard Perry (İrlandiya)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB