AAPT prezidenti: "Ölkələr patentlərinin Azərbaycanda dəstəklənməyində maraqlıdırlar" MÜSAHİBƏ

AAPT prezidenti: "Ölkələr patentlərinin Azərbaycanda dəstəklənməyində maraqlıdırlar" MÜSAHİBƏ

Avrasiya Patent Təşkilatının (AAPT) prezidenti xanım Saule Tlevlesovanın SİA-ya eksklüziv müsahibəsi:

- AAPT rəhbəri olaraq Azərbaycanda bu sahədə aparılan işləri necə dəyərləndirirsiniz?

- Avrasiya Patent Təşkilatı (AAPT) Azərbaycanla çox sıx əməkdaşlıq edir. Qeyd edim ki, AzPatent patent vermək və dəstəkləmək üzrə bu il ilk dəfə 4-cü yerə çıxıb. Hazırda Azərbaycanda 6340 patent dəstəklənir. Bu, çox böyük patent sayıdır. Ölkələr patentlərinin məhz sürətli innovativ və iqtisadi inkişafa malik Azərbaycanda dəstəklənməyində maraqlıdırlar. Azərbaycan son zamanlar patentlərinin sayını 3 dəfə artırıb. Bu isə o deməkdir ki, yerli müraciətçilər öz patentlərinin qeydiyyatında maraqlıdırlar. Onlardan 61 faizi fiziki şəxslərdir. Həmin ixtiraçılara Azərbaycan dövləti böyük dəstək göstərir. Rüsum məsələlərində dövlətin dəstəyi çox vacibdir.

- AAPT ilə Azərbaycan arasında əməkdaşlıq çərçivəsində hansı işlər həyata keçirilir?

- Avrasiya Patent Təşkilatı quruma üzv ölkələr, həmçinin Azərbaycan üçün 90 faiz endirim edir. Azərbaycanlı müraciətçilər rüsumun yalnız 10 faizini ödəyirlər. Ona görə də innovativ inkişaf sürətlənib və patent müraciətləri daha çoxalıb. Biz Azərbaycanın patent sisteminin inkişafını dəstəkləməyə hazırıq. Əgər belə davam etsə, müraciətlər daha da çoxalacaq və Azərbaycanın innovativ iqtisadi inkişafı daha da yüksələcək. Biz hər il bu sahədə İT mütəxəssislər üçün təlimlər keçirik. Azərbaycan mütəxəssisləri ilə birlikdə AAPT-də treninqlər təşkil edirik. Hər şey Azərbaycanın istəyindən asılıdır. AAPT onların istək və xahişlərini hər zaman yerinə yetirir.

- Bu sahədə dünyada lider ölkələr hansılardır?

- Cenevrədə yerləşən Beynəlxalq Patent Sistemində ötən il rekord sayda - 218 min beynəlxalq müraciət qeydiyyatdan keçib. Onların 26 faizi Amerika, 46 faizi Yaponiya, Çin və Cənubi Koreya, 26 faizi isə Avropa Birliyi ölkələrindəndir. Amerika, Yaponiya, Çin, Cənubi Koreya və Almaniyadan olan müraciətçilər birilikdə 75 faiz təşkil edirlər. Bu sahədə əsas liderlik amerikalılara məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə