20-24 oktyabr 2016-cı il tarixlərdə Moskva Şəhər Bədən Tərbiyəsi və İdman Departamentinin dəvəti ilə qarşılıqlı əməkdaşlıq çərçıvəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın paytaxtı Moskva şəhərində səfərdə olublar.
Baş İdarədən SİA-ya verilən məlumata görə, səfər müddətində Moskva şəhər Bədən Tərbiyəsi və İdman Departamentinin Moskva Orta İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Məktəbində 2000 – 2001-ci il təvəllüdlü sərbəst güləş və boks idman növü üzrə Moskva və Bakı şəhər yiğma komandaları arasında yoldaşlıq görüşləri keçirilib. İlk olaraq tədbirin təntənəli açılış mərasimində hər iki ölkənin dövlət himni səslənib. Sonra Moskva Şəhər Bədən Tərbiyəsi və İdman Departamentinin beynəlxalq əlaqələr şöbəsinin rəisi Yuliya Bereqovskaya, həmin şöbənin əməkdaşı Mariya Nikolayeva, sərbəst güləş üzrə Olimpiya cempionu David Musulbes, sərbəst güləş üzrə Olimpiya çempionu Vadim Boqiyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliev və Pekin yay Olimpiya Oyunlarının boks üzrə bürünc mükafatçısı Şahin İmranov çıxış edərək yariş iştirakçilarını salamlayıb, idmançılara ugurlar arzulayıblar. Olimpiya çempionu David Musulbes ölkəmizdə olarkən gördüklərindən məmnunluğunu bildirib və Azərbaycanda idmana göstərilən dövlət qayğısı nəticəsində ölkənin dünyada idman ölkəsi kimi tanındığını vurğulamışdır. Sonra idman yarışlarına start verilib. Sərbəst güləşçilərimiz rəqiblərinə 6-0 qalib gəlmiş, boksçularımız isə 4-2 hesabı ilə məğlub olublar. Güləş üzrə komandamız kubokla təltif olunub.
Səfər zamanı nümayəndə heyətimiz Moskva şəhərinin idman qurguları və idman məktəbləri ilə yaxından tanış olublar. Hər iki tərəfin rəsmiləri gələcəkdə də bu cür əməkdaşlıgın inkişaf edəcəyini və qarşılıqlı əlaqələrin davam edəcəyini bir daha vurgulayıblar.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB