AzDBTİA-nın stadionunda Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən əməkdar bədən tərbiyəsi və idman xadimi, ictimai xadim Məhbub Səadətxanın xatirəsinə həsr olunmuş reqbi üzrə açıq beynəlxalq Bakı turniri keçirilib. Baş İdarədən SİA-ya verilən məlumata görə, turnirdə Gürcüstanın "Tsikara", Rusiyanın "Sokol", Bakıdakı xarici vətəndaşların komandası "Tisa", "Pələng" RK, "Qarabağ" RK və 132-134 saylı Təhsil Kompleksinin komandaları mübarizə aparıblar.
Turnirin açılış mərasimində BŞGİBİ-nin rəisi Raqif Abbasov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Nüvər Xasıyev və qonaq komandalrının nümayəndə heyətinin rəhbərləri iştirak ediblər.
Yekun nəticələrə əsasən I yerı "Tsikara" komandası, II yeri "Sokol" komandası, III yerı isə "Pələng" RK-nun komandası tutmuşdur. Qaliblərə Baş İdarə tərəfindən kubok, diplom və hədiyyələr təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB